Haqqımızda
DUFA MMC 2007-ci ildən etibarən tikinti və mühəndislik sahəsində peşəkar fəaliyyət göstərir.
Bu müddət ərzində şirkətimiz 5 000-dən artıq layihəni uğurla icra etmişdir.
Peşəkar mühəndis və memar komandamız Azərbaycan, Türkiyə və Rusiya ərazilərində müxtəlif təyinatlı obyektlər üzrə geniş təcrübə qazanmışdır.
Biz hər bir layihəyə fərdi yanaşaraq dəqiq, səmərəli və innovativ həllər təqdim etməyi əsas prioritetimiz hesab edirik.
DUFA MMC tikinti, mühəndislik, avtomatika, təhlükəsizlik və istehsal sahələri üzrə kompleks xidmətlər təqdim edərək layihələri ideyadan icraya qədər tam şəkildə həyata keçirir.
Nəyə görə biz?
19
İllik təcrübə
5000+
Uğurlu layihə
3
Beynəlxalq bazar
100%
Keyfiyyət və nəzarət
Xidmətlərimiz
Konstruktiv Layihələndirmə
Dayanıqlı və təhlükəsiz tikililər üçün konstruktiv layihələndirmə, mühəndis hesablamaları və texniki sənədlərin hazırlanması
Yaşayış binaları və kommersiya obyektlərinin tikintisi
Ofis binaları, ticarət mərkəzləri, sənaye obyektləri və fərdi yaşayış evlərinin tikintisi.
Lift və Eskalator Xidmətləri
Binalar üçün lift və eskalatorların layihələndirilməsi, quraşdırılması, texniki xidməti və modernizasiyası.
Havalandırma, İsitmə və Soyutma Sistemləri
Obyektlər üçün HVAC sistemləri, havalandırma və isitmə-soyutma sistemlərinin layihələndirilməsi və quraşdırılması.
Ağıllı Ev Sistemləri (Smart Home)
Yaşayış və kommersiya obyektləri üçün Ağıllı ev (Smart Home) sistemlərinin layihələndirilməsi, quraşdırılması və sazlanması.
Avtobus Dayanacaqları
Şəhər infrastrukturu üçün Avtobus dayanacaqlarının layihələndirilməsi, istehsalı və quraşdırılması.
Layihələrimiz

Şəhid Ailələri üçün Yaşayış Kompleksi – Gəncə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Gəncə şəhərində şəhid ailələri üçün çoxmənzilli yaşayış binasının inşası həyata keçirilmişdir.

200 Avtobus Dayanacağı – Bakı
Bakı Şəhər Nəqliyyat Agentliyinin sifarişi ilə paytaxt ərazisində 200 ədəd avtobus dayanacağının istehsalı və quraşdırılması icra edilmişdir.

Parkların Abadlaşdırılması – Suraxanı
Suraxanı Rayon İcra Hakimiyyətinin sifarişi ilə rayon ərazisində parkların əsaslı təmiri və abadlıq-quruculuq işləri görülmüşdür.

Şlaqbaum və Turniket Sistemləri – Suraxanı
Suraxanı Rayon İcra Hakimiyyətinin ərazisində avtomatlaşdırılmış şlaqbaum və turniket sistemlərinin quraşdırılması həyata keçirilmişdir.

İnzibati Binanın Təmiri – Gəncə
Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin inzibati binasında lift təchizatının yenilənməsi, istilik sisteminin qurulması və otaqların təmiri icra edilmişdir.

Dam Örtüklərinin Yenilənməsi – Nizami Rayonu
Nizami rayonu ərazisində çoxmənzilli yaşayış binalarında dam örtüklərinin dəyişdirilməsi və bərpası işləri aparılmışdır.
Partnyorlarımız




